Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışır.
"Report" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu çərçivədə paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək üçün təmir-tikinti işləri davam etdirilir. Hazırda təmir işləri aparılan Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində işlərin axşam saatlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Sözügedən ərazi ilə yanaşı cari təmirin davam etdiyi Yasamal rayonunun Mətbuat prospektində isə işlər mayın 13-nə qədər davam edəcək.
"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə qurum bəyan edib.