AAYDA-nın sədri Kəlbəcərdəki yol layihələrinin icrası ilə tanış olub

AAYDA-nın sədri Kəlbəcərdəki yol layihələrinin icrası ilə tanış olub Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə tanış olub.
İnfrastruktur
2 Mart , 2022 09:48
AAYDA-nın sədri Kəlbəcərdəki yol layihələrinin icrası ilə tanış olub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Kəlbəcər rayonunda icra edilən yol infrastrukturu layihələrində işlərin gedişatı ilə tanış olub.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, S.Məmmədov öncə Toğanalı-Kəlbəcər avtomobil yolunun, həmçinin bu layihə çərçivəsində inşa edilən və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin tikintisi işləri ilə tanış olub, tikintinin vaxtında və keyfiyyətlə yerinə yetirilib yekunlaşdırılması ilə bağlı tövsiyə və tapşırıqlarını verib.

Daha sonra, S.Məmmədov Kəlbəcər-Laçın avtomobil yolu və yol üzərində inşa edilən avtomobil tunellərinin tikintisi, həmçinin sözügedən yollar da daxil olmaqla digər mühüm əhəmiyyətə malik yolların qardan və buzdan təmizlənməsi prosesi ilə maraqlanıb, Kəlbəcər rayonunda çalışan yol işçilərinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.

Son xəbərlər

Orphus sistemi