Bakı. 20 may. REPORT.AZ/ Bu gün Bakının Abdulvahab Salamzadə küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılacaq. Bu barədə "Report"a
Göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən günorta saat 12:00-dan axşam saat 17:00-dək tətbiq ediləcək.
“Azəryolservis” sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.