Bakı Nəqliyyat Agentliyi 5 marşrut xəttinin müsabiqəyə çıxarılması ilə bağlı şərtləri açıqlayıb

Bakı Nəqliyyat Agentliyi 5 marşrut xəttinin müsabiqəyə çıxarılması ilə bağlı şərtləri açıqlayıb 11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.
İnfrastruktur
29 Dekabr , 2019 18:00
Bakı Nəqliyyat Agentliyi 5 marşrut xəttinin müsabiqəyə çıxarılması ilə bağlı şərtləri açıqlayıb

11, 30, 40, 71 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb. 

"Report" bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, şərtlərlə Agentliyinin internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. 

Müsabiqədə iştirak etmək istəyənlər 14 yanvar 2020-ci il saat 17:00-a qədər Agentliyə ərizə ilə müraciət etməlidirlər.

Son xəbərlər

Orphus sistemi