30 metro vaqonunun görünüşünün dəyişdirilməsinə 717 min manat xərclənəcək

30 metro vaqonunun görünüşünün dəyişdirilməsinə 717 min manat xərclənəcək “Bakı Metropoliteni” QSC istismarında olan 30 vaqonun ön görünüşünün dəyişdirilməsi, tam sökülərək qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovlarının bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılması, salon daxili işıqlanmanın tam dəyişdi
İnfrastruktur
4 Avqust , 2021 16:22
30 metro vaqonunun görünüşünün dəyişdirilməsinə 717 min manat xərclənəcək

“Bakı Metropoliteni” QSC istismarında olan 30 vaqonun ön görünüşünün dəyişdirilməsi, tam sökülərək qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovlarının bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılması, salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

“Report” dövlət satınalmalarının vahid elektron portalına istinadən xəbər verir ki, tenderin qalibi “Bakı-Mexaniki-Təmir” ASC-dir.

Qalib şirkətə 717 334 manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi