20 yanvarda Bakıda hərəkətin məhdudlaşdırılacağı mərkəzi küçələr müəyyənləşdirilib

20 yanvarda Bakıda hərəkətin məhdudlaşdırılacağı mərkəzi küçələr müəyyənləşdirilib Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat verib
İnfrastruktur
18 Yanvar , 2017 11:56
20 yanvarda Bakıda hərəkətin məhdudlaşdırılacağı mərkəzi küçələr müəyyənləşdirilib

Bakı. 18 yanvar. REPORT.AZ/ "Qanlı yanvar" faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də Bakının mərkəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report" xəbər verir ki, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

"20 Yanvar tədbirinin keçirilməsi ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edənlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yanvarın 20-də saat 08:00-dan tədbir tam başa çatanadək Bakının Parlament prospekti, Şəhidlər Xiyabanı istiqamətində kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək", - deyə V.Əsədov əlavə edib.

Onun sözlərinə görə, Şəhidlər Xiyabanı istiqamətində Abbasqulu Abbaszadə, İzzət Nəbiyev, Mikayıl Müşfiq, Mehdi Hüseyn küçələrindən və Hüseyn Cavid prospektindən avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

Son xəbərlər

Orphus sistemi