​20 Yanvar dairəsində yolun hərəkət hissəsi genişləndirilib

​20 Yanvar dairəsində yolun hərəkət hissəsi genişləndirilib Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür
İnfrastruktur
6 Aprel , 2015 18:11
​20 Yanvar dairəsində yolun hərəkət hissəsi genişləndirilib

Bakı. 6 aprel. REPORT.AZ/ Bakı şəhərinin 20 Yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür.

"Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib. Bundan əlavə, 3-cü mikrorayon dairəsindən 20 Yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir. İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir", - deyə bildirilib.

Son xəbərlər

Orphus sistemi