Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyası təqdim olunub

Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyası təqdim olunub Tədbir konsert proqramı ilə davam edib
İncəsənət
21 Noyabr , 2017 17:02
Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyası təqdim olunub

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, əməkdar incəsənət xadimi, professor Zemfira Qafarovanın 75 illiyi münasibətilə “Koroğlu” monoqrafiyasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, monoqrafiya Ü.Hacıbəylinin “Koroğlu” operasının 80 illiyinə həsr olunub.

Tədbirdə Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə çıxış edərək Zemfira Qafarovanın həyat və fəaliyyəti haqqında danışıb, yubilyarın pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyətini də genişləndirdiyini bildirib.

Sonra yubilyarın yaradıcılığına həsr olunan məruzələr dinlənilib.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, musiqişünas Zemfira Qafarovanın istedadlı qələmi bir sıra bəstəkarlarımızın həyat yaradıcılıqlarını, əsərlərinin üslub xüsusiyyətlərini işıqlandırıb. Onun Ramiz Mustafayevə, Tofiq Bakıxanova, Hacı Xanməmmədova, Şəfiqə Axundovaya həsr etdiyi monoqrafiyaları, Ü.Hacıbəylinin "Koroğlu" operası üzrə tədqiqat işi və sonradan onun əsasında hazırlanan "Koroğlu" dərs vəsaiti, bir sıra məruzə çıxışları və məqalələri peşəkar musiqiçilərin və musiqisevərlərin diqqətində olub, Azərbaycan milli musiqisinin təbliğinə qulluq edir.

Son xəbərlər

Orphus sistemi