Azərbaycan Dövlət YUĞ Teatrı martın 16-da yarımçıq dayandırılan "Asılqan" tamaşasının biletlərinin aprelin 6-dakı nümayiş üçün də keçərli olacağını açıqlayıb.
Bu barədə "Report"a teatrdan məlumat verilib.
Xatırladaq ki, martın 16-da Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan "Asılqan" tamaşası aktyor Elşən Əsgərovun istəyi ilə yarımçıq dayandırılıb. Aktyor bu addımı teatrın səhnəsinin şəraitsizliyi ilə əlaqələndirib.
O, tərəf müqabili aktrisa Ləman Mərrihdən, quruluşçu rejissor Əbdülqəni Əliyevdən və tamaşaçılardan üzr istəyərək tamaşanın davamını oynamaqdan imtina edib.
Qeyd edək ki, Azərbaycan Dövlət YUĞ Teatrının binası 2016-cı ildə sökülüb. Teatr həmin vaxtdan indiyədək fəaliyyətini Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında davam etdirir.