Yeni il münasibətilə Nizami Kino Mərkəzində konsert keçiriləcək

Yeni il münasibətilə Nizami Kino Mərkəzində konsert keçiriləcək Konsertdə tanınmış müğənnilər iştirak edəcəklər
İncəsənət
16 Dekabr , 2016 16:47
Yeni il münasibətilə Nizami Kino Mərkəzində konsert keçiriləcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibətilə Nizami Kino Mərkəzində bayram konserti keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən  "Report"a verilən məlumata görə, konsert İdarənin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin mahnı və rəqs ansamblarından ibarət olacaq.

Bayram konsertində həmçinin, tanınmış müğənnilər Niyam Səlami, Əbdül Xalid, Orxan Babazadə, Rahidə Baxışova, Leyla Ramazanlı, Səbinə Əskərova, Könül Şıxəliyeva, Aysel Əlizadə, Sami Oruc, Qurd, rəqqasə Səbinə İsmayılova və "Səma" rəqs ansamblı iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi