“YARAT”da canlı musiqi axşamı təşkil ediləcək

“YARAT”da canlı musiqi axşamı təşkil ediləcək Gecədə 70-80-ci illərin populyar musiqiləri səsləndiriləcək
İncəsənət
16 Avqust , 2017 13:12
“YARAT”da canlı musiqi axşamı təşkil ediləcək

Bakı. 16 avqust. REPORT.AZ/ “YARAT” Müasir İncəsənət Mərkəzində 70-80-ci illərin populyar musiqilərindən ibarət musiqi axşamı təşkil ediləcək.

“Report” xəbər verir ki, avqustun 24-də keçiriləcək musiqili gecədə ölkənin tanınmış ifaçıları bir araya gələcəklər.

Həmçinin gecədə ifaçıları pianoçu, bəstəkar Elçin Məmmədov, baraban ifaçısı Əməkdar Artist Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev müşayiət edəcəklər.

Gecədə iştirak etmək istəyən hər kəs müraciət edə bilər.

Son xəbərlər

Orphus sistemi