Xəstəxanadan çıxan aktrisanın vəziyyəti yaxşıdır

Xəstəxanadan çıxan aktrisanın vəziyyəti yaxşıdır Amma tamaşadakı rolunu dublyoru ifa edəcək
İncəsənət
7 Yanvar , 2015 20:12
Xəstəxanadan çıxan aktrisanın vəziyyəti yaxşıdır

Bakı.7 yanvar. REPORT.AZ/ Bir müddət əvvəl əməliyyat edilmiş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrınınn aktrisası, əməkdar artist Kübraxanım Dadaşova hazırda ev şəraitində müalicə alır. Bu barədə "Report"a Gənc Tamaşaçılar Teatrından bildirilib.

Məlumatda aktrisanın hazırda özünü yaxşı hiss etdiyi də qeyd olunub.

Xəbərdə həmçinin vurğulanıb ki, Gənc Tamaşaçılar Teatrında bayram tamaşaları artıq başa çatıb və yanvarın 10-dan repertuarında olan tamaşaların nümayişinə başlayacaq: "Belə ki, yanvarın 10-da Gənc Tamaşaçılar Teatrı Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşasını teatrsevərlərə təqdim edəcək. Ancaq tamaşada əsas rollardan birini ifa edən Kübraxanım Dadaşova səhhəti ilə əlaqədar olaraq səhnəyə çıxmayacaq. Onu əməkdar artist Nəsibə Eldarova əvəz edəcək".

Qeyd edək ki, hər iki aktrisa eyni tamaşada dublyordurlar.  

Son xəbərlər

Orphus sistemi