Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB

İncəsənət
  • 24 aprel, 2017
  • 11:03
Xalq artisti Ramiz Zöhrabov II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB
Report.az

*** 14:14

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti, bəstəkar, musiqişünas alim, sənətşünaslıq doktoru Ramiz Zöhrabovla vida mərasimi keçirilib.

“Report”un məlumatına görə, Təzəpir məscidində keçirilən mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. 

Bəstəkar II Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, R.Zöhrabov 1939-cu il mayın 2-də Bakı şəhərində anadan olub. “Şöhrət” ordeni ilə təltif olunub, Prezident təqaüdçüsü idi. 

Foto: Firi Salim

44 filmi