Heydər Əliyev Fondu Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib, mənzilinin təmirini üzərinə götürüb

Heydər Əliyev Fondu Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib, mənzilinin təmirini üzərinə götürüb Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistin səhhəti ilə maraqlanıblar.
İncəsənət
246
31 May , 2019 10:33
Heydər Əliyev Fondu Ramiz Əzizbəyliyə avtomobil hədiyyə edib, mənzilinin təmirini üzərinə götürüb

Heydər Əliyev Fondunun nümayəndələri tanınmış aktyor və rejissor Ramiz Əzizbəylinin evində olub, Xalq artistin səhhəti ilə maraqlanıblar.

"Report"un məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Ramiz Əzizbəylinin rahat hərəkətini təşkil etmək məqsədi ilə Heydər Əliyev Fondu tərəfindən Xalq artistinə avtomobil hədiyyə olunub.

Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib. Heydər Əliyev Fondu eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. 

Son xəbərlər

Orphus sistemi