Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycanın xalq artisti Ağaxan Salmanlı Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında yeni tamaşa hazırlayır.
Bu barədə "Report"a A.Salmanlı özü məlumat verib.
Məxsusi olaraq bu tamaşa üçün Mingəçevir Teatrına dəvət edilən xalq artisti son günlər tamaşanın məşqlərini apardığını bildirib: "Mingəçevir Teatrında Əhməd Orucəlinin "Nənənin kələyi" komediyası əsasında eyniadlı tamaşa hazırlayıram. Bu ilin fevralından məhz bu tamaşaya quruluş vermək üçün Minçəçevir Teatrına dəvət olunmuşam. Teatrla tanış oldum və bu teatrda istedadlı aktyorların olduğunu gördüm. Rol bölgüsünü apardım. Aktyorlardan razı qaldım. Nurcahan nənə rolunu iki təcrübəli aktrisa - Ella Yaqubova və Elmira İbrahimova ifa edəcək".
Qeyd edək ki, tamaşanın quruluşçu rəs
Ağaxan Salmanlı bildirib ki, teatrda çalışan gənclərin əksəriyyəti teatrın nəzdindəki "İnam" aktyorluq studiyasının yetirmələridir.
"Nənənin kələyi" komediyasının premyerası aprelin 23-də olacaq.
Xatırladaq ki, "Nənənin kələyi" komediyası uzun illər əvvəl ilk dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsində Ağaxan Salmanlının quruluşunda səhnəyə qoyulub. Həmin tamaşada baş rolu Azərbaycanın xalq artisti Firəngiz Şərifova ifa edib.











