Xalq artisti Firəngiz Əlizadənin 75 illiyi qeyd edilib

Xalq artisti Firəngiz Əlizadənin 75 illiyi qeyd edilib Xalq artisti Firəngiz Əlizadənin anadan olmasının 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
İncəsənət
3 İyun , 2022 19:41
Xalq artisti Firəngiz Əlizadənin 75 illiyi qeyd edilib

Xalq artisti Firəngiz Əlizadənin anadan olmasının 75 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

"Report" xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən tədbirdə mədəniyyət naziri Anar Kərimov və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən sənət dostları onun Azərbaycan klassik musiqisinə verdiyi töhfələrdən bəhs ediblər.

Mədəniyyət naziri Anar Kərimov çıxışında bildirib ki, Firəngiz Əlizadə Azərbaycanın klassik musiqisinin inkişafında müstəsna rol oynayan şəxsiyyətdir:

"Firəngiz xanımın fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. O, bəstələdiyi mahnılarla musiqimizi dünyada tanıdır. Bəstəkar Azərbaycan klassik musiqisinə verdiyi töhfələrlə yanaşı davamçılar yetişdirib".

Qeyd edək ki, Firəngiz Əlizadə bir müddət öncə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Son xəbərlər

Orphus sistemi