Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində tədbir keçirilib

İncəsənət
  • 17 dekabr, 2016
  • 11:54
Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində tədbir keçirilib

Bakı. 17 dekabr. REPORT.AZ/ Azərbaycan Xalça Muzeyində bu gün “Bir eksponatın tarixi” layihəsi çərçivəsində Eldar Mikayılzadənin "Nağıllar aləmi" xalçasının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə xalçaçı-rəssam Eldar Mikayılzadə çıxış edərək xalçanın yaranma tarixi haqqında məlumat verib.

Eldar Mikayılzadə bildirib ki, xalçanın ərsəyə gəlməsində onun əsas ilham mənbəyi hekayələr, rəvayətlər olub.

1983-cü ildə toxunmuş xalçanın üzərində xeyir və şərin mübarizəsi, müxtəlif nağıllardan nümunələr əks olunub.

44 filmi