V Televiziya Muğam Müsabiqəsi başlanır

V Televiziya Muğam Müsabiqəsi başlanır Seçim turları 3 gün davam edəcək
İncəsənət
4045
13 Yanvar , 2015 16:18
V Televiziya Muğam Müsabiqəsi başlanır

Bakı.13 yanvar. REPORT.AZ/ Yanvarın 16-dan V Televiziya Muğam Müsabiqəsinin seçim turları başlanır.

Bu barədə "Report"a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Əsası 2009-cu ildən qoyulan Televiziya Muğam Müsabiqəsinin təşkilatçısı Heydər Əliyev Fondudur.

V Televiziya Muğam Müsabiqəsinin münsiflər heyətinin tərkibi bu dəfə də dəyişilməz qalır. Münsiflər heyətinə Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Mənsum İbrahimov və Nadir Axundov daxildir.

Qeyd edək ki, yanvarın 16, 17 və 18-də, ümumilikdə 3 gün davam edəcək seçim turlarından sonra finala çıxan 20 gənc xanəndə müsabiqəyə buraxılacaq.

Son xəbərlər

Orphus sistemi