Üzeyir Musiqi Gününün proqramı açıqlanıb

Üzeyir Musiqi Gününün proqramı açıqlanıb Festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər iştirak edəcək
İncəsənət
17 Sentyabr , 2015 14:07
Üzeyir Musiqi Gününün proqramı açıqlanıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Üzeyir Musiqi Gününün proqramı açıqlanıb. 

"Report" xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 18-dən 28-dək Bakıda Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyinə həsr olunan VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. 

Festivalda Rusiya, Latviya, Estoniya, Suriya, İtaliya, Kanada və Türkiyədən tanınmış musiqiçilər və kollektivlər - Liyepaya Simfonik orkestri, Gürcüstan Kamera Orkestri, Rusiya Nəfəs Alətləri Kvinteti, Saksofon kvarteti, Mişel Kampanella, Oleq Poxanovski, Tanel Joamets, Azmex Kinan, Miina Yarvi və başqaları iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti 1995-ci il sentyabrın 18-də "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" fərman imzalayıb. Həmin fərmana uyğun olaraq hər il sentyabrın 18-də ənənəvi Üzeyir Musiqi Günü keçirilir. Üzeyir Musiqi Günü münasibətilə ölkədə bir çox konsertlər, tədbirlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur.

2009-cu ildən başlayaraq ölkədə 18-28 sentyabr tarixlərində keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları böyük əks-səda doğurub. Festival konsertlərində görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edir.

Üzeyir Musiqi Gününün proqramını təqdim edirik:

Tədbirin adı Keçirilmə yeri Tarix və saat
Üzeyir Hacıbəylinin, habelə görkəmli mədəniyyət və incəsənət xadimlərinin məzarlarının ziyarəti Fəxri xiyaban 18 sentyabr (cümə) saat 10.00
Milli İncəsənət Muzeyinin bağında yerləşən “Güllələnmiş heykəllər” abidəsinin ziyarəti Milli İncəsənət Muzeyinin bağı 18 sentyabr (cümə) saat 10.30
Üzeyir Musiqi Gününə həsr olunmuş tədbir, iştirak edirlər: Azərbaycan Dövlət Xor Kapellası, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında (Ş.Bədəlbəyli küçəsi, 98) 18 sentyabr (cümə) saat 11.00
“Üzeyir Hacıbəyli-130” tədbiri Ü.Hacıbəylinin ev muzeyi (Ş.Əzizbəyov küçəsi, 67) 18 sentyabr (cümə) saat 14.00
Beynəlxalq Musiqi Festivalının açılışı, Üzeyir Hacıbəylinin 130 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi

İştirak edirlər:

Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri

Bədii rəhbər və baş dirijor – Rauf Abdullayev

Azərbaycan Dövlət Xor Kapellası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, solistlər

Azərbaycan Dövlət Rəqs Ansamblı

Azərbaycan Dövlət Musiqili Teatrı

Heydər Əliyev Sarayı (Bülbül prospekti,35) 18 sentyabr (cümə) saat 19.00
Heydər Əliyev Sarayının foyesində “Üzeyir Hacıbəyli-130” Musiqi Mədəniyyəti Dövlət Muzeyinin, Teatr Muzeyinin və Azərbaycan Milli Kitabxanasının sərgiləri Heydər Əliyev Sarayı (Bülbül prospekti,35) 18 sentyabr (cümə) saat 19.00
Rusiya saksofon kvarteti Bakı Musiqi Akademiyasının Böyük zalı (Ş.Bədəlbəyli küçəsi, 98) 19 sentyabr (şənbə) 14.00
Liyepaya simfonik orkestri (Latviya), dirijor Yalçın Adıgözəlov, Proqram:

Q.Qarayev “Don Kixot” simfonik qravürləri

K.Debüssi-A.Qəmbərli “Prelüd N 4”

R.Ştraus “Tod und Verklörung” simfonik poeması

K.Debüssi Noktürn N 2

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10) 19 sentyabr (şənbə) saat 19.00
Üzeyir Hacıbəyli - “O olmasın, bu olsun” ikihissəli musiqili komediyası, dirijor Nazim Hacıəlibəyov Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva küçəsi,8) 19 sentyabr (şənbə) saat 19.00
Üzeyir Hacıbəyli - “Leyli və Məcnun” üçhissəli opera, dirijor Sevil Hacıyeva Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi, 95) 19 sentyabr (şənbə) saat 19.00
Liyepaya simfonik orkestri (Latviya),   Azərbaycan Dövlət Xor Kapellası, kapellanın bədii rəhbəri Gülbacı İmanova, dirijor Yalçın Adıgözəlov

Proqram:

F.Pulenk “Qloriya” oratoriyası

M.Musorqski“Sərgidən rəsmlər”

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10) 20 sentyabr (bazar) saat 19.00
Ü.Hacıbəyli - “Ər və arvad” ikihissəli musiqili komediyası Azərbaycan Dövlət Musiqili Teatrı (Z.Əliyeva küçəsi,8) 20 sentyabr (bazar) saat 19.00
Skripkaçı Mina Yarvi ( Estoniya) və pianoçu Mikele Kampanellanın (İtaliya) Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ustad dərsi Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (Nərimanov prospekti, 67) 21 sentyabr (bazar ertəsi) saat 15.00
Ağcabədi rayon “Qarabağ” Muğam Mərkəzi,   Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, bədii rəhbər Ağaverdi Paşayev “Qarabağ” muğam mərkəzi 21 sentyabr (bazar ertəsi) saat 15.00
Rusiya Böyük Teatrının Nəfəs Alətləri kvinteti Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park) 21 sentyabr (bazar ertəsi) saat 19.00
Beynəlxalq müsabiqələr laureatı, skripkaçı Oleq Poxanovskinin (Kanada) ustad dərsi “Xəzər Universiteti (Məshəti küçəsi, 51) 22 sentyabr (çərşənbə axşamı) saat 12.00
“Üzeyir Hacıbəyli-130” elmi konfrans Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 55) 22 sentyabr (çərşənbə axşamı) saat 12.00
Kamera musiqisi konserti, solistlər: Ziba Rəcəbli (alt), Məmməd Rəcəbli (klarnet), Fatimə Cəfərzadə (soprano), Məhərrəm Hüseynli (bariton), İlahə Sadıxzadə (piano) Musiqi Mədəniyyəti Dövlət Muzeyi () 22 sentyabr (çərşənbə axşamı) saat 14.00
“EMMA Avropa ve Aralıq Dənizi Musiqi Akademiyasının təqdimatı”, Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, dirijor Əyyub Quliyev

Solistlər:

Mikele Kampanella (İtaliya) piano

Kinan Azmex (Suriya) klarnet

Mina Yarvi (Estoniya) skripka

Proqram:

L.V.Bethoven – Fortepiano və orkestr üçün 4 saylı konsert

Kinan Azmeh – “Toy mərasimi” klarnet və orkestr üçün süita

(II və III hissələr) “22 noyabr” “Toy mərasimi” (Bakıda ilk ifa)

Qara Qarayev – Skripka və orkestr üçün konsert

Pyer Tilua – 7 saylı simfoniya “Yanardağ”

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,2) 22 sentyabr (çərşənbə axşamı) saat 19.00
“Müslüm Maqomayev -130” elmi konfrans Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi,55) 23 sentyabr (çərşənbə) saat 12.00
Kamera musiqisi konserti, beynəlxalq müsabiqələr laureatı Oleq Poxanovski (Kanada) skripka,

Zülfiyyə Sadıxova (piano)

Kamera və Orqan Musiqisi Zalı (28 May küçəsi, 17) 23 sentyabr (çərşənbə) saat 18.00
C.Puççini “Manon Lesko” operasının konsert ifası (premyera), dirijor Cavanşir Cəfərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi, 95) 23 sentyabr (çərşənbə) saat 19.00
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, dirijor Hakan Şensoy (Türkiyə), solist Sinan Erşahin gitara (Türkiyə), Proqram:

A.Vivaldi Concerto grosso g moll

A.Vivaldi Gitara və orkestr üçün konsert A dur

A.Vivaldi Gitara və orkestr üçün konsert D dur

R.Dens Tanqo en Skai

H.Şensoy “Yol yorqunu”

A.Pyazzola Tanqo ”Rio sena”

Enrike Alesio Tanqo “Cantemos corazon”

Jakob Gade Tanqo “Jalousie”

A.Durdağ “Deryada Deryaliklar”

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10) 23 sentyabr (çərşənbə) saat 19.00
Fortepiano musiqisi gecəsi, Tanel Joamets (Estoniya) Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park) 23 sentyabr (çərşənbə) 19.00
“Bülbülsayağı” adlı musiqi layihəsi, solist Anar Şuşalı Beynəlxalq Muğam Mərkəzi (Dənizkənarı Milli Park) 24 sentyabr (cümə axşamı) saat 19.00
Gürcüstan kamera orkestri, dirijor Fəxrəddin Kərimov, Proqram:

D.Şostakoviç Kamera simfoniyası op.110

M.Bruh “Mələyin səsi” op.10

N.Paqanini - C.Rossininin “Moisey Misirdə” operasının mövzusuna variasiyalar

J.Suk Serenada

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10) 24 sentyabr (cümə axşamı) saat 19.00
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev-130” kamera konserti Azərbaycan Bəstəkarlar İttifaqı (Xaqani küçəsi, 55) 25 sentyabr (cümə) saat 12.00
“Fortepiano dueti” konsert, Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya, Proqram:

K.Qustavino Romanslar

A.Pyazzola Tanqo, Fuqa misterio,Libertanqo, “Milonga del angel”

A.Rozenblat Tanqo

A.Svasman “Sevgilim”

A.Svasman “İntermezzo”

Bakı Musiqi Akademiyası (Ş.Bədəlbəyli, 98 25 sentyabr (cümə) saat 17.00
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, dirijor Fabrisio Festani (İtaliya), solistlər: Rikkardo Pyaçentini (piano) İtaliya,

Tisiani Skandaletti (vokal) Italiya

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi,10) 25 sentyabr (cümə) saat 19.00
Ü.Hacıbəyli - “Arşın mal alan” musiqili komediyası, dirijor Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi,95) 26 sentyabr (şənbə) saat 19.00
“Dan ulduzu” ansamblının konserti Dövlət Mahnı Teatrı (R.Behbudov küçəsi, 12) 27 sentyabr ( bazar) saat 19.00
F.Əmirov - “Min bir gecə” baleti, dirijor Əyyub Quliyev Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (Nizami küçəsi,95) 27 sentyabr (bazar) saat 19.00
Beynəlxalq Musiqi Festivalının bağlanışı, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Solist Andrey Şibko (piano) Rusiya

Dirijor Fəxrəddin Kərimov

Azərbaycan Dövlət Filarmoniyası (İstiqlaliyyət küçəsi, 10) 28 sentyabr ( bazar ertəsi) saat 19.00

Son xəbərlər

Orphus sistemi