Ukraynada 6 dildə mahnı ifa edən azərbaycanlı müsabiqəyə dəvət alıb

Ukraynada 6 dildə mahnı ifa edən azərbaycanlı müsabiqəyə dəvət alıb O, “Dünya uşaqların gözündə” layihəsinin qalibidir
İncəsənət
8 May , 2021 20:14
Ukraynada 6 dildə mahnı ifa edən azərbaycanlı müsabiqəyə dəvət alıb

Ukraynada azərbaycanlı yeniyetmə məhşur “Star Holiday Fest” ümumrespublika musiqi yarışmasının seçimlərinə dəvət alıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Ukraynanın Kirovoy-Roq şəhərində yaşayan Emir Nahid oğlu Zeynalov artıq seçimlərə rəsmi olaraq qatılıb.

“Star Holiday Fest” Ukraynada musiqi yarışması olaraq ikinci dəfə keçirilir, ölkənin və dünyanın müxtəlif tanınmışları tərəfindən münsif heyəti təşkil olunur.

Qeyd edək ki, E.Zeynalov 2007-ci ildə Kirovoy-Roq şəhərində anadan olub. Bu yaşa qədər 45 dəfə Ukraynada keçirilən musiqi festivalları və beynəlxalq müsabiqələrin qalibi olub. 6 dildə - Azərbaycan, Türkiyə, Ukrayna, ingilis, rus və yunan dillərində mahnılar ifa edir. Ukrayna Ədliyyə Nazirliyinin son olaraq keçirdiyi “Dünya uşaqların gözündə” layihəsinin qalibidir.

Son xəbərlər

Orphus sistemi