Ukrayna paytaxtında Azərbaycan və dünya romansı gecəsi keçirilib

Ukrayna paytaxtında Azərbaycan və dünya romansı gecəsi keçirilib İyunun 9-da Kiyv şəhərinin görkəmli memarlıq abidələrindən Karait Kenesəsi (karait sinaqoqu) binasının salonunda Azərbaycan və dünya romansı gecəsi keçirilib.
İncəsənət
11 İyun , 2021 19:24
Ukrayna paytaxtında Azərbaycan və dünya romansı gecəsi keçirilib

İyunun 9-da Ukraynanın paytaxtı Kiyev şəhərinin görkəmli memarlıq abidələrindən Karait Kenesəsi (karait sinaqoqu) binasının salonunda Azərbaycan və dünya romansı gecəsi keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və səfir Elmira Axundovanın dəstəyilə keçirilən tədbirin təşkilatçısı Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi, prodüserləri isə mərkəzin rəhbəri Qurban Abbasov və Natalia Kudraşovadır.

Musiqili şeir gecəsində Asəf Zeynallı, Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Zakir Bağırovun Nizami, Cəfər Cabbarlı əsərlərinə bəstələdikləri romanslar Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Ukrayna xalq artisti Qurban Abbasovun və Ukrayna Milli Operası solisti Oleksandr Diaçenkonun ifasında səsləndirilib.

Bundan əlavə, Fransa, Ukrayna, Almaniya, İtaliya romansları da ifa olunub.

Konsertdə Ukraynanın tanınmış opera müğənniləri, Müslüm Maqomayevin xatirəsinə həsr olunan beynəlxalq müsabiqə laureatları Anastasia Povajnaya, Ondrey Olenin, İrina Ukrainets, Pavlo Qrişenko, İrina Fedorovskaya da iştirak edib.

Qeyd edək ki, Müslüm Maqomayevin xatirə müsabiqəsi Azərbaycan səfirliyinin dəstəyilə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən hər il keçirilir.

Son xəbərlər

Orphus sistemi