Türkiyənin dövlət sənətçisi, klassik türk musiqisinin bilicisi, ifaçısı, bəstəkar professor Ələddin Yavaşca 95 yaşında vəfat edib.
“Report” xəbər verir ki, bu barədə TRT-nin Musiqi koordinatoru Kənan Bölükbaş tviter səhifəsində bildirib.
Məlumata görə, professor Ələddin Yavaşca 1926-cı il martın 1-də Türkiyənin Kilis şəhərində anadan olub. 1951-ci ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirib. Bir sıra hospitalda həkim və rəhbər vəzifələrdə işləyib. O, ilk musiqi əsərinin 1951-ci ildə bəstələyib. Ələddin Yavaşcanın dini və dindən xaric, saza aid 600-dən artıq musiqi bəstəsi var. O, ABŞ, Böyük Britaniya, Almaniya və bir çox ölkələrdə konsert proqramaları ilə çıxış edib. Yavaşcaya Qaziantep, Elazığ Fərat, Eskişehir, Osmanqazi, Ərzurum, Atatürk universitetlərinin fəxri doktoru adı verlib. O, 1991-ci ildə Dövlət sənətçisi adına layiqə görülüb.