Türkiyənin tanınmış aktyor-müğənnisi Bakıda konsert verəcək

Türkiyənin tanınmış aktyor-müğənnisi Bakıda konsert verəcək Emre Kınay fevralın 14-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək
İncəsənət
2113
19 Yanvar , 2016 14:21
Türkiyənin tanınmış aktyor-müğənnisi Bakıda konsert verəcək

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin tanınmış aktyoru, müğənni Emre Kınay fevralın 14-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, məlumatı Heydər Əliyev Sarayının mətbuat xidməti yayıb.

Tanınmış teatr və kino aktyoru olan Emre Kınay, aktyorluqla yanaşı, gitarada musiqilər ifa edir və mahnı oxuyur.

Bakıdakı konsertində E.Kınay Türkiyədə məşhur olan "Sinema senfoni" orkestrinin müşayiəti ilə çıxış edəcək.

Xatırladaq ki, aktyor-müğənni "Güneşin Kızları", "Ulan İstanbul", "Güneşi beklerken", "İnşaat", "Kurtlar İmperatorluğu", "Yeditepe İstanbul" və s. film və seriallarda baş rolları ifa edib. 

Son xəbərlər

Orphus sistemi