Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış edib

Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış edib Türkiyənin tanınmış aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edib.
İncəsənət
6 Oktyabr , 2024 20:20
Türkiyənin tanınmış aktrisası Bakıda monotamaşa ilə çıxış edib

Türkiyənin tanınmış aktrisası Sumru Yavrucuk “Şerli Valentin” monotamaşası ilə Bakıda çıxış edib.

Bu barədə “Report”a Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən bildirilib.

Tamaşa nazirliyin dəstəyi, “Caspian Media Group”un təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında nümayiş olunub.

İkipərdəli monotamaşanı seyr etməyə gələnlər sırasında nazirliyin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, iş adamları yer alıb.

İkipərdəli səhnə əsəri gündəlik qayğıların cansıxıcılığında itib-batan Şerli Valentinin həyat hekayəsidir. O özünü yenidən kəşf edir və həyat yolunda ayaqları üstə möhkəm dayanmağa başlayır. Sumru Yavrucukun quruluş verdiyi monotamaşa teatrsevərlərə unudulmaz anlar yaşadıb. Tamaşa zamanı Eldar Mansurovun “Bayatılar” mahnısına da yer verilib.

Səhnə əsəri sürəkli alqışlarla qarşılanıb.

Türkiyədə teatr sahəsi üzrə bir sıra mükafatların laureatı olan S.Yavrucuk “Yabancı damat”, “Evlilik haqqında hər şey”, “Şahanə həyatım” kimi seriallarda da yaddaqalan obrazlar canlandırıb.

“Şerli Valentin” (Shirley Valentine) ingilis dramaturq və bəstəkarı Vilyam Rasselin (William Russell) pyesidir. Əsər əsasında eyniadlı film (1989, rejissor Lewis Gilbert) də çəkilib.

Son xəbərlər

Orphus sistemi