​Türkiyənin Rəsm və Heykəl Muzeyindən 302 ədəd eksponat oğurlanıb

​Türkiyənin Rəsm və Heykəl Muzeyindən 302 ədəd eksponat oğurlanıb Oğurluq hadisələri muzey direktorunun bilavasitə iştirakı ilə baş verib
İncəsənət
162
15 Noyabr , 2014 04:51
​Türkiyənin Rəsm və Heykəl Muzeyindən 302 ədəd eksponat oğurlanıb
Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin Dövlət Rəsm və Heykəl Muzeyi 302 ədəd eksponatın itdiyini aşkar edib.

"Report" "Hurriyet Daily News" nəşrinə istinadən xəbər verir ki, ölkənin Mədəniyyət Nazirliyi müəssisə əməkdaşları tərəfindən törədildiyi güman edilən oğurluq barədə anonim məlumat əldə edib.

Məlum olub ki, oğurluq hadisələri 2005-2009-cü illərdə muzey direktorunun müavini və mühafizə xidməti rəisinin bilavasitə iştirakı ilə baş verib. Oğurlanan eksponatlar art-diler vasitəsilə satılıb, orjinal əsərlər isə saxtaları ilə əvəz olunub. Məsələn, 210 min dollara satılan əl işlərindən biri, daha sonra iş adamına 350 dollara ikinci dəfə satılıb.

Polisin məlumatına görə, bir neçə əsəri hərrac şirkətlərinin gizli anbarlarından tapmaq mümkün olub, lakin əl işlərinin əksəriyyəti hələ də axtarılır. Oğrular ən azından 46 orjinal əsəri saxtası ilə əvəz ediblər. 18 nəfər şübhəli şəxs qismində nəzərdən keçirilir.

Dövlət Rəsm və Heykəl Muzeyi 1927-ci ildə Ankarada təsis edilib. Orada əsasən, XIX–XXI əsr türk incəsənətinin geniş kolleksiyası qorunub saxlanılır.

Son xəbərlər

Orphus sistemi