Türkiyənin nüfuzlu "Altın Portakal" Beynəlxalq Film Festivalı təxirə salınıb

Türkiyənin nüfuzlu "Altın Portakal" Beynəlxalq Film Festivalı təxirə salınıb Buna səbəb ölkədə seçki marafonunun başlanmasıdır
İncəsənət
4 Sentyabr , 2015 20:19
Türkiyənin nüfuzlu Altın Portakal Beynəlxalq Film Festivalı təxirə salınıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyənin nüfuzlu film festivalı olan 52-ci Antalya Altın Portakal Beynəlxalq Film Festivalı və 16-cı Beynəlxalq Antalya Piano Festivalının keçirilmə vaxtı dəyişdirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, buna səbəb ölkədə noyabrın 1-də keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkiləridir.

Belə ki, Türkiyədə seçki marafonuna başlaması və həmçinin noyabrda Antalyada "G20"yə üzv dövlətlərin və qonaq ölkələrin liderlərinin zirvə toplantısının keçirilməsi mədəni tədbirləri müvəqqəti olaraq arxa plana keçirib.

Son xəbərlər

Orphus sistemi