Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyənin məşhur aktyoru vəfat edib O, 79 yaşında dünyasını dəyişib
İncəsənət
31 Mart , 2017 17:13
Türkiyənin məşhur aktyoru vəfat edib

Bakı. 31 mart. REPORT.AZ/ Türkiyənin məşhur aktyoru Halit Akçatepe vəfat edib.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor 79 yaşında dünyasını dəyişib. 

H.Akçatepenin ölümünə səbəb damar tıxanması olub.

Qeyd edək ki, H.Akçatepe 1938 -ci il yanvarın 1-də Ünyedə dünyaya gəlib. Aktyor "Tatlı Dilim" filmi ilə tanınıb. Ona şöhrət gətirən isə rol aldığı "Hababam Sınıfı" filmi olub. H.Akçatepe ekran əsərində "Güdük Nəcmi" obrazını canlandırıb. O, daha çox Kemal Sunal ilə birılikdə rol aldığı filmləri ilə yaddaşlarda qalıb.

Son xəbərlər

Orphus sistemi