Türkiyənin məşhur aktrisasının səhhəti düzəlir - FOTO

Türkiyənin məşhur aktrisasının səhhəti düzəlir - FOTO O, şəxsi instagram hesabında şəklini paylaşıb
İncəsənət
3 İyun , 2017 13:59
Türkiyənin məşhur aktrisasının səhhəti düzəlir - FOTO

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyədə Yeşilçam filmlərinin məşhur aktrisası əməliyyat olunub.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa Hülya Koçyiğit Amerikada ağciyər xərçənginə görə uğurlu əməliyyat keçirib.

Əməliyyatdan sonra şəxsi instagram hesabında şəklini paylaşaraq sevənlərinə mesaj yazan aktrisa, səhhətinin qaydasında olduğunu və artıq xəstəxanadan çıxdığını bildirib: “Xəstəxanadan çıxdığıma görə, Allaha minlərlə şükür edirəm. Sevincimdə və kədərimdə yanımda olan hər kəsə təşəkkürlər, var olun. Sevginizlə mənə güc verdiniz. Xəstəxanadan da məhz bu güclə çıxıram. Dualarınız üçün də çox sağ olun”.  

Son xəbərlər

Orphus sistemi