Türkiyəli aktyor iflic olub

Türkiyəli aktyor iflic olub Bakı. 1 mart. REPORT.AZ/ Tanınmış türkiyəli aktyor Ercan Yazgan iflic olub.
İncəsənət
1 Mart , 2018 13:47
Türkiyəli aktyor iflic olub

Bakı. 1 mart. REPORT.AZ/ Tanınmış türkiyəli aktyor Ercan Yazgan iflic olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, sənətçi özəl xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir. 

Həkimlər onun səhhətinin yaxşılaşdığını bildirib.

Qeyd edək ki, E.Yazgan 1946-cı ildə Türkiyədə doğulub. O, "Perihan Abla" serialındakı sürücü İsmet xarakteri ilə tanınıb. 1989-2002-ci illərdə davamlı olaraq "Bizimkilər" serialında qapıçı Cəfəri canlandırıb. Aktyor bir çox serial və filmlərdə rol alıb.

Son xəbərlər

Orphus sistemi