Tanınmış müğənnilər “Retro Bakı” layihəsində iştirak edəcəklər

Tanınmış müğənnilər “Retro Bakı” layihəsində iştirak edəcəklər Konsertlər sentyabrın 1 və 2-də saat 19:00-da Fəvvarələr Meydanında başlayacaq
İncəsənət
31 Avqust , 2017 11:19
Tanınmış müğənnilər “Retro Bakı” layihəsində iştirak edəcəklər

Bakı. 31 avqust. REPORT.AZ/ Tanınmış müğənnilər Qurban bayramı günlərində “Retro Bakı” layihəsində iştirak edəcəklər.

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən  "Report"a verilən məlumata görə, idarənin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri sentyabrın 1 və 2-də saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Qurban bayramı günlərində “Retro Bakı”da tanınmış müğənnilər-xalq artisti Nazpəri Dostəliyeva və əməkdar artist Ədalət Şükürov konsert proqramı ilə çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi