“Taksi 5” filmi dünya premyerasından iki gün əvvəl "CinemaPlus"da nümayiş olunacaq - VİDEO

“Taksi 5” filmi dünya premyerasından iki gün əvvəl "CinemaPlus"da nümayiş olunacaq - VİDEO Tədbirdə filmin dublyajında yer alan aktyorlar da iştirak edəcəklər
İncəsənət
17 Aprel , 2018 15:01
“Taksi 5” filmi dünya premyerasından iki gün əvvəl CinemaPlusda nümayiş olunacaq - VİDEO

Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün saat 19:40-da "Gənclik Mall" ticarət mərkəzində yerləşən “CinemaPlus” premium kinoteatrında 2018-cı ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş Fransa istehsalı olan “Taksi 5” filminin dünya premyerasından iki gün əvvəl nümayişi baş tutacaq.

"Report" xəbər verir ki, tədbirdə filmin dublyajında yer alan aktyorlar da iştirak edəcəklər.

Filmi Azərbaycan dilində Əlixan Rəcəbov, Vüsal Murtuzəliyev, Kəmalə Piriyeva, Mehin Hümbətova, Zümrüd Bədəlova, Vüsal Hacıqədir, Kamran Ağabalayev, Səid Nizami, Rövşən Məmmədli, Vüqar Hüseynov, Xətai Əli, Vüsal Mustafayev, Müşfiq Mirzəyev səsləndiriblər.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, səs operatoru Orxan Həsənli, tərcüməçi Qəmər Əfşani, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadədir.

Ekran əsərinin rejissoru Franck Gastambidedir. Baş rolları Salvatore Esposito, Franck Gastambide və Sabrina Ouazani ifa edirlər.

Filmin süjet xəttinə görə, Marsel şəhərinin polis şöbəsinə keçirilən polis zabitinə güclü "Ferrari" avtomobillərində olan italyan oğru dəstəsini tutmaq həvalə olunur. Köməyə isə Danielin bacısının böyük qızı - əfsanəvi ağ taksidə dəhşətli sürücü gəlir.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi