Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq Tamaşaya ukraynalı rejissor Arkadi Neputaliuk quruluş verib
İncəsənət
134
16 Fevral , 2015 09:47
Sumqayıt Teatrında yeni tamaşanın premyerası olacaq

Bakı. 16 fevral. REPORT.AZ/ Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında N.Qoqolun "Ölü canlar" əsərinin motivləri əsasında "Çiçikovun sərgüzəştləri" adlı səhnə əsəri hazırlanıb.

"Report" xəbər verir ki, yeni tamaşanın premyerası fevralın 18-də olacaq.

Tamaşaya ukraynalı rejissor Arkadi Neputaliuk quruluş verib.

Tamaşada Oqtay Mehtiyev, Cəlal Məmmədov, Namis Şirməmmədov və digər aktyorlar rol alıb.

Qeyd edək ki, Sumqayıt Teatrı bu yaxınlarda iki yeni tamaşası ilə Bakıda çıxış edəcək. 

Son xəbərlər

Orphus sistemi