Sumqayıt Dövlət Dram Teatrında "Oğru" tamaşasının premyerası keçirilib

Sumqayıt Dövlət Dram Teatrında "Oğru" tamaşasının premyerası keçirilib Tamaşa fransız yazıçısı Marsel Berkye-Marinyenin eyniadlı əsəri əsasında hazırlanıb
İncəsənət
21 Dekabr , 2016 16:06
Sumqayıt Dövlət Dram Teatrında Oğru tamaşasının premyerası keçirilib

Bakı. 21 dekabr. REPORT.AZ/ Sumqayıt Dövlət Dram Teatrında Rövşən Almuradlının "Oğru" tamaşasının premyerası keçirilib.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tamaşa fransız yazıçısı Marsel Berkye-Marinyenin "Oğru" əsəri əsasında hazırlanıb.

Tamaşada kasıb bir fransız ailəsinə xas olan klassik üçlük- ər, arvad və onun sevgilisi arasındakı münasibət öz əksini tapıb.

Əsərdə əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Qeyd edək ki, rejissor Rövşən Almuradlı beşillik fasilədən sonra bu tamaşa ilə yenidən teatr səhnəsinə qayıdıb.

Son xəbərlər

Orphus sistemi