Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiyanın görkəmli opera müğənnisi, SSRİ xalq artisti Yelena Obraztsova vəfat edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 76 yaşlı opera müğənnisi Almaniyada dünyasını dəyişib.
2014-cü ilin noyabrında həkimlərin məsləhəti ilə Almaniyaya gedən Y.Obraztsova səhhətində yaranan problemlər səbəbindən Rusiyaya qayıda bilməyib.
Qeyd edək ki, SSRİ xalq artisti Yelena Obraztsova 1939-cu il iyulun 7-də Sankt-Peterburqda dünyaya gəlib.
Vokalçı xanım dünyanın bir çox böyük teatrlarının səhnəsində, o cümlədən İtaliyanın "La Skala", Nyu-Yorkun "Metropoliten-Opera", Londonun "Kovent Qarden" teatrında dəfələrlə çıxış edib.