Sığınacaqda yaşayan uşaqlar üçün animasiya filmi nümayiş etdirilib

Sığınacaqda yaşayan uşaqlar üçün animasiya filmi nümayiş etdirilib Sığınacağın balaca sakinləri üçün köpük şousu göstərilib
İncəsənət
11 Yanvar , 2016 18:53
Sığınacaqda yaşayan uşaqlar üçün animasiya filmi nümayiş etdirilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Nizami Kino Mərkəzində “Ümid Yeri” uşaq sığınacağının sakinləri üçün ABŞ istehsalı olan “Ov mövsümü” animasiya filmi nümayiş etdirilib.

"Report" xəbər verir ki, nümayişdən sonra uşaqlar Nizami Kino Mərkəzinin restoranında nahar edib və onlara məşhur animator “Mister White” (Oleq) köpük şousu göstərilib. 

Tədbirdən sonra balaca qonaqlar adından sığınacağın rəhbəri Nigar Mənsimli uşaqlar üçün hazırlanmış tədbirə görə bütün zəhməti olan insanlara təşəkkürünü bildirib. O, sığınacaqda yaşayan, valideyn himayəsindən məhrum olan və müxtəlif səbəblərdən küçə həyatı yaşamış uşaqlar üçün bu tədbirlərin böyük mənəvi rolu olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi