Sərdar Fərəcov: "Otuz ildən sonra iki royal üçün "II süita" yazmışam"

Sərdar Fərəcov: "Otuz ildən sonra iki royal üçün "II süita" yazmışam" Bəstəkar yeni səhnə əsərləri üçün musiqilər üzərində işləyir
İncəsənət
117
25 Avqust , 2016 11:13
Sərdar Fərəcov: Otuz ildən sonra iki royal üçün II süita yazmışam

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir bəy Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov iki royal üçün "II süita" yazıb. 

Bəstəkar "Report"a açıqlamasında deyib ki, 30 ildən sonra ilk dəfədir belə bir əsər hazırlayıb. 

S.Fərəcov vurğulayıb ki, iki royal üçün melodiyalar yazmaq çətin işdir: "Bu yaxınlarda "II süita"mı yazıb başa çatdırdım. "I süita"nı 30 il əvvəl yazmışam. Bu yay məsuldar çalışdım". 

Onun sözlərinə görə, yeni səhnə əsərləri üçün musiqilər üzərində işləyir. Sumqayıt Dövlət Dram Teatrı yeni tamaşa üçün bəstəkara sifariş verib: "Yeni teatr mövsümündə Sumqayıt teatrında hazırlanacaq tamaşaya musiqi yazacam".

Son xəbərlər

Orphus sistemi