Səməndər Rzayevin xatirə gecəsi keçiriləcək

Səməndər Rzayevin xatirə gecəsi keçiriləcək Tədbir Akademik Milli Dram Teatrında olacaq
İncəsənət
248
6 Fevral , 2015 19:26
Səməndər Rzayevin xatirə gecəsi keçiriləcək

Bakı.6 fevral. REPORT.AZ/ Fevralın 11-də görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin xatirə gecəsi keçiriləcək.

"Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir Akademik Milli Dram Teatrında baş tutacaq.

Qeyd edək ki, Səməndə Rzayev 1945-ci il yanvarın 2-də Ağsu şəhərində dünyaya gəlib.

1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. Yaradıcılıq fəaliyyətinə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayan S.Rzayev doğma teatrın səhnəsində bir-birindən maraqlı obrazlar yaradıb.

S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, "Evləri köndələn yar", "Yollar görüşəndə", "Sevgi hekayəsi" və s. televiziya tamaşalarında, "Babamın babasının babası", "Od içində", "Babək", "Bəyin oğurlanması" və başqa bədii filmlərdə çəkilib.

Xatırladaq ki, ötən ay Səməndər Rzayevin 70 yaşı tamam olub.

Son xəbərlər

Orphus sistemi