Səadət Nəbiyeva: "Fikrət Əliyev sağ-salamatdır"
İncəsənət
- 14 noyabr, 2015
- 13:52
Bakı. 14 noyabr. REPORT.AZ/ "Azərbaycanın tanınmış kinorejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyev sağ-salamatdır, hazırda vəziyyəti yaxşılaşmağa doğru gedir".
Bunu "Report"a açıqlamasında kinorejissorun qızı Səadət Nəbiyeva deyib.
O, atasının vəfat etməsi haqda yayılan informasiyalardan narahat olduqlarını bildirib: "Noyabrın 13-də atamın vəziyyəti ilə bağlı kədərli xəbərlər yayıldı. Mətbuata sızdırılan xəbərlərə görə, atam Fikrət Əliyev guya vəfat edib. Bu xəbərin məqsədyönlü şəkildə yayıldığını düşünürəm. Amma əsas nəticədir. Nəticə isə odur ki, şükür Allaha atam sağ-salamatdır. Xəstə olduğu və bir müddət əvvəl xəstəxanada müalicə aldığı doğrudur. Hazırda vəziyyəti stabildir. Evdə müalicə alır. Gəzir, yemək yeyə bilir, danışır".
Son xəbərlər
21:54
Ərdoğan Maduroya ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq tutulmalı olduğunu bildirib
Region21:52
Beyləqanda avtoqəzada bir nəfər ölüb, daha iki nəfərin vəziyyəti ağırdır
Hadisə21:38
Rauf Hacılı: "XI Vüqar Həşimov Memorialında çempionluğa əsas namizədlərdən biri Rauf Məmmədovdur"
Fərdi21:28
Foto
Azərbaycan boksçuları neft ölkələri arasında keçirilən Dünya Kubokunda 4 medal qazanıblar
Fərdi21:13
Orban: Avropa Rusiya ilə müharibəyə hazırlaşır
Digər ölkələr20:57
"Qobu Park-1"dəki partlayışda tüstüdən zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
Hadisə20:56
Misir XİN rəhbəri: Qəzzaya tezliklə beynəlxalq qüvvələr yerləşdirilməlidir
Digər ölkələr20:43
Foto
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub
Elm və təhsil20:35
Foto