Rusiyanın xalq artisti vəfat edib

Rusiyanın xalq artisti vəfat edib Nina Arxipova Moskva Satira Teatrının aktrisası olub
İncəsənət
135
25 Aprel , 2016 10:49
Rusiyanın xalq artisti vəfat edib

Bakı. 25 aprel. REPORT.AZ/ Moskva Satira Teatrının aktrisası, RSFSR-in xalq artisti Nina Arxipova dünyasını dəyişib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Satira Teatrının direktoru Məmməd Ağayev bildirib.

Aktrisa ilə vida mərasimi aprelin 27-də Satira Teatrında keçiriləcək.

Xatırladaq ki, 95 yaşlı aktrisa 65 il Moskva Satira Teatrında çalışıb. Teatrın səhnəsində 100-dən çox obraz canlandırıb. Nina Arxipova 1943-1951 - ci illərdə Vaxtanqov adına Teatrda çalışıb.

Tamaşaçılar akrtisanı ikinci dərəcəli rolların mahir ifaçısı kimi tanıyıb. Nina Arxipovaya şöhrət gətirən rolu 1974-cü ildə "Oyan və oxu" televiziya tamaşasında ifa etdiyi obraz olub.

Nina Arxipova "Yeralaj" kinojurnalında maraqlı obrazlar ifa edib.

Qeyd edək ki, mayın 1-də Moskva Satira Teatrı Nina Arxipovanın 95 illik yubileyi münasibətilə tədbir keçirməliydi.

Son xəbərlər

Orphus sistemi