Rusiyanın tanınmış rəssamı vəfat edib

Rusiyanın tanınmış rəssamı vəfat edib Vladimir Kaminski 70 yaşında Barnaulda dünyasını dəyişib
İncəsənət
10 May , 2016 12:39
Rusiyanın tanınmış rəssamı vəfat edib

Bakı. 10 may. REPORT.AZ/ Rusiya Rəssamlar İttifaqı və Dizaynerlər İttifaqının üzvü, tanınmış rəssam Vladimir Kaminski vəfat edib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı rəssamla vida mərasimi mayın 11-də doğulduğu Barnaul şəhərində keçiriləcək.

1946-cı il fevralın 5-də Barnaulda dünyaya göz açan rəssam, ömrünün son günlərinədək doğma şəhərində yaşayıb və doğulduğu şəhərin 250 illiyində Barnaul şəhərinin tikinti-bərpa işlərinə başçılıq edib.

1972-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə iştirak edən rəssamın fərdi sərgiləri dəfələrlə xaricdə nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi