Rusiyanın məşhur xalq artisti vəfat etdi

Rusiyanın məşhur xalq artisti vəfat etdi Rusiyanın xalq artisti Mixail Kokşenov 83 yaşda dünyasını dəyişib.
İncəsənət
5 İyun , 2020 14:40
Rusiyanın məşhur xalq artisti vəfat etdi

Rusiyanın xalq artisti Mixail Kokşenov 83 yaşda dünyasını dəyişib.

“Report” xəbər verir ki, bunu onun həyat yoldaşı şair Lyubov Voropayeva “Facebook”da bildirib.

Qeyd edək ki, daha çox komik personajlarla tanınan M.Kokşenov 100-dən çox filmə çəkilib. Onun rol aldığı ən məşhur kinolar “Dauriya”, “Ola bilməz!”, “Sportloto-82” və “Ən valehedici və cazibədar” başqa filmlərdir.  

Son xəbərlər

Orphus sistemi