Rusiyada “Min bir gecə” baleti nümayiş olunacaq

Rusiyada “Min bir gecə” baleti nümayiş olunacaq Yanvarın 22-23-də dünyaca məşhur Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laur
İncəsənət
7 Yanvar , 2022 12:05
Rusiyada “Min bir gecə” baleti nümayiş olunacaq

Yanvarın 22-23-də dünyaca məşhur Mariinski Teatrının yeni səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun anadan olmasının 100 illiyi münasibətilə “Min bir gecə” baleti nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, tamaşa Mariinski Teatrının Primorsk səhnəsinin heyətinin ifasında təqdim ediləcək.

Bu quruluşda “Min bir gecə” baleti ilk dəfə 2020-ci ildə teatrın bədii rəhbəri və baş direktoru, dünya şöhrətli dirijor Valeri Gergiyevin dəvəti ilə səhnələşdirilib. Tamaşanın quruluşunu Rusiyada yaşayan həmyerlimiz, tanınmış baletmeyster, Mariinski Teatrının Primorsk səhnəsinin balet truppasının bədii rəhbəri Eldar Əliyev həyata keçirib.

Onu da qeyd etmək lazımdır ki, “Min bir gecə” baleti 2020-ci ildə “Mariinski. Vladivostok” V Beynəlxalq Festivalın açılış günü nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi