Rusiya tanınmış yazıçısı ilə vidalaşır

Rusiya tanınmış yazıçısı ilə vidalaşır Arkadi Arkanov bu gün torpağa tapşırılır
İncəsənət
25 Mart , 2015 12:51
Rusiya tanınmış yazıçısı ilə vidalaşır

Bakı. 25 mart. REPORT.AZ/ Martın 22-də Moskvada vəfat edən yazıçı-satirik Arkadi Arkanovla vida mərasimi keçirilir. Mərhum yazıçı bu gün dəfn ediləcək.

"Report" xəbər verir ki, bu saatlarda yazıçı-satiriklə vida mərasimi keçirilir.

Vida mərasimini Rusiyanın xalq artisti Aleksandr Şirvindt və tanınmış ssenarist Arkadiy İnin idarə edir.

Mərasim başa çatdıqdan sonra Arkadi Arkanov dəfn ediləcək.

Qeyd edək ki, Arkadi Arkanov 1933-cü il iyunun 7-də anadan olub. Rusiyanın tanınmış satirik yazıçısı olub. Onun əsərləri Moskva teatrlarında, xüsusilə də, Satira Teatrının səhnəsində dəfələrlə tamaşaya qoyulub.

A.Arkanov Rusiya televiziyasında populyar olan "Вокруг смеха" və "Белый попугай" verilişlərinin aparıcı olub. 

Son xəbərlər

Orphus sistemi