Rus Dram Teatrı ən çox bilet satılan tamaşasını yenidən nümayiş etdirəcək

Rus Dram Teatrı ən çox bilet satılan tamaşasını yenidən nümayiş etdirəcək Ceyn Ostinin romanı əsasında, rejissor İlqar Safatın hazırladığı “Qürur və qərəz” tamaşası oktyabrın 30-da tamaşaçılara təqdim ediləcək
İncəsənət
167
29 Oktyabr , 2015 10:42
Rus Dram Teatrı ən çox bilet satılan tamaşasını yenidən nümayiş etdirəcək

Bakı. 29 oktyabr. REPORT.AZ/ Səməd Vurğun adına Rus Dram Teatrı ən çox bilet satılan tamaşasını yenidən tamaşaçılara təqdim edəcək.

"Report" xəbər verir ki, Ceyn Ostinin romanı əsasında, rejissor İlqar Safatın hazırladığı “Qürur və qərəz” tamaşası oktyabrın 30-da tamaşaçılara təqdim ediləcək.

Tamaşanın bədii rəhbəri Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşada əməkdar artist Natalya Balıyeva, həmçinin teatrın aktyorları Oleq Əmirbəyov, İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edir.

Qeyd edək ki, bu günə qədər "ingilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin "Qürur və qərəz" romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.

Son xəbərlər

Orphus sistemi