Tanınmış modelyer Karla Fendi vəfat edib

Tanınmış modelyer Karla Fendi vəfat edib Karla Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli "Fendi" qrupunu idarə edib
İncəsənət
20 İyun , 2017 09:57
Tanınmış modelyer Karla Fendi vəfat edib

Bakı. 20 iyun. REPORT.AZ/ Romada ömrünün 81-ci ilində məşhur italyan modelyer Karla Fendi vəfat edib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu yaxınlarda K.Fendi ağciyərindən ciddi xəstəlik keçirib. Amma bir neçə gün əvvəl o, xəstəxanadan evə buraxılıb və Romadakı qərargahına - məşhur Palatso Ruspoliyə qayıdıb.

Karla Fendi uzun illər ərzində 1925-ci ildə valideynləri tərəfindən təsis edilən dünya şöhrətli "Fendi" qrupunu idarə edib.

"Fendi" - geyim, dəri və xəz dəri malları, aksesuarlar və ətriyyat istehsalı üzrə ixtisaslaşan İtaliya moda evidir. Hazırda "Fendi"nin 25 ölkədə 160-dan çox mağazası fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi