Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi

Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi “Dəyər Ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında yeni layihəyə imza atıb.
İncəsənət
14 Avqust , 2020 18:26
Rilayadan Şuşaya aid möhtəşəm ifa: “Dəyər Ver”in növbəti layihəsi

“Dəyər Ver” komandası Azərbaycanın dilbər guşəsi olan Şuşa haqqında yeni layihəyə imza atıb. 

"Report"un məlumatına görə, Xurşidbanu Natəvana həsr edilən layihə Şuşanın gözəlliyindən bəhs edir. 

Mahnını peşəkar müğənni Rilaya ifa edib. “Şuşa”nın musiqisi Nataliya Gonçarovaya, sözləri isə Zəhra Bədəlbəyliyə məxsusdur. Natik Muxtarovun rejissorluğu ilə ərsəyə gələn layihənin koordinatoru Zaur Darabzadədir.

Bu layihə “Azərİpək” MMC-nin dəstəyi ilə “Dəyər Ver” tərəfindən həyata keçirilib. Layihə üç dildə - Azərbaycan, rus və ingilis dilində hazırlanıb. 

Xatırladaq ki, Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan оlub. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi hesab edilən Şuşada yaşayıb. 

Heç bir şübhə yoxdur ki, yaxın zamanda vətənimizin ayrılmaz hissəsi olan Qarabağ işğaldan azad olunacaq və Natavana həsr edilmiş bu kompozisiya Azərbaycanın əzəli və əbədi torpağı olan Şuşada səslənəcək.

Son xəbərlər

Orphus sistemi