Ramiz Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib, ona “Xalq artisti” fəxri adı verilib

Ramiz Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib, ona “Xalq artisti” fəxri adı verilib Prezident iki sərəncam imzalayıb
İncəsənət
257
6 İyun , 2016 18:13
Ramiz Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib, ona “Xalq artisti” fəxri adı verilib

Bakı. 6 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev Ramiz Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Ramiz Məmmədəli oğlu Fətəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında kinematoqrafiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramiz Məmmədəli oğlu Fətəliyevə “Xalq artisti” fəxri adı verilib.

Qeyd edək ki, sabah R.Fətəliyevin 70 yaşı tamam olacaq. 

Son xəbərlər

Orphus sistemi