Bakı. 10 may. REPORT.AZ/ “Qremmi” musiqi mükafatının təşkilatçıları 2018-ci ildə keçiriləcək təntənli təqdimat tədbirinin yerini Los-Ancelosdan Nyu-Yorka dəyişiblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, tədbir 2018-ci il yanvarın 28-də keçiriləcək.
Bu, 60-cı, yubiley mərasimi olacaq.
Tədbir 14 il Los-Ancelosda keçirilib. Təşkilatçılar bildirib ki, mərasimin yerinin dəyişməsinə görə, Nyu-Yorkun meri Bill de Blazio minnətdardırlar. Bu şounun şəhərə 200 milyon gəlir gətirəcəyi gözlənilir.
Bir müddət əvvəl “Qremmi” mükafatının təqdim edilmə mərasiminə “CBS” telekanalı ilə 26 milyon tamaşaçının baxdığı haqda xəbər yayılmışdı.
Xatırladaq ki, “Qremmi” musiqi mükafatı 1958-ci il martın 14-də ABŞ-ın Səsyazma Şirkətləri Assosiasiyası tərəfindən təsis edilib.