Qəmər Almaszadənin şərəfinə "Qız Qalası" baleti nümayiş etdiriləcək

Qəmər Almaszadənin şərəfinə "Qız Qalası" baleti nümayiş etdiriləcək Tamaşa əfsanəvi balerinanın 100 illik yubileyinə həsr olunub
İncəsənət
102
29 Mart , 2015 15:28
Qəmər Almaszadənin şərəfinə Qız Qalası baleti nümayiş etdiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Azərbaycanın görkəmli balerinası, istedadlı pedaqoq və baletmeyster, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı Qəmər Almaszadənin 100 illik yubileyi münasibətilə onun xatirəsinə həsr olunmuş tamaşaların nümayişini davam etdirir.

"Report" xəbər verir ki, bu sıradan növbəti tamaşa Ə.Bədəlbəylinin “Qız qalası” baleti olacaq. 

Premyerası 1940-cı il aprelin 16-da nümayiş edilən bu balet Azərbaycan milli baletinin ilk nümunəsidir. Qəmər Almaszadə tamaşanın quruluşçu baletmeysteri olub və uzun illər tamaşada Gülyanaq rolunu ifa edib. Artıq 75 ildir “Qız qalası” Opera və Balet Teatrının repertuarında əsaslı yer tutur və hər zaman geniş tamaşaçı auditoriyası toplayır.

Aprelin 5-də keçiriləcək tamaşada əsas rollarda xalq artisti Gülağası Mirzəyev (Polad), əməkdar artist Tamilla Məmmədzadə (Gülyanaq) və aparıcı solist Anar Mikayılov (Cahangir xan) çıxış edəcək.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərovdur.

Son xəbərlər

Orphus sistemi