Bakı. 2 avqust. REPORT.AZ/ Kinematoqrafiya sahəsində çalışan gənclərin yaradıcılıq fəaliyyətini stimullaşdırmaq, audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, milli-mənəvi və ümumbəşəri dəyərləri kino vasitəsilə təbliğ etmək məqsədi ilə Mədəniyyət Nazirliyinin elan etdiyi “Qısametrajlı bədii film layihələri müsabiqəsi”nə yekun vurulub.
Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müstəqil prodüser mərkəzləri tərəfindən müsabiqəyə təqdim edilmiş 24 layihə arasından aşağıda qeyd olunan 4 layihə münsiflər heyəti tərəfindən qalib olaraq seçilib:
“Protez” layihəsi – “CNF production”
“Estakadada” layihəsi – “Narimanfilm”
“Naməlum dahi” layihəsi – “Bravo Studio”
“Salam” layihəsi – “Zen Film”
Qalib layihələrin Mədəniyyət Nazirliyinin sifarişi ilə onları təqdim etmiş şirkətlər tərəfindən “Azərbaycanfilm” kinostudiyasının bazasında istehsalı nəzərdə tutulub.